İlqarə cinsi azlıqları müdafiə etdi: “Mənim ətrafımda da belələri var”
Bizi izləyin

Magazin1

İlqarə cinsi azlıqları müdafiə etdi: “Mənim ətrafımda da belələri var”

Amerika Birləşmiş Ştatlarında cinsi azlıqların nikahının rəsmiləşməsinə icazə verən qanun qəbul olundu. Bu, bütün dünyada ən çox müzakirə olunan mövzulardan biri oldu. Fakt birmənalı qarşılanmadı. Bəziləri buna görə həmin ölkəni qınadı, bəziləri isə humanist addım kimi alqışladı.

Məsələ Azərbaycanda da kifayət qədər müzakirələrə səbəb oldu. Publika.az-a açıqlama verən gənc müğənni İlqarə Kazımova da məsələyə münasibət bildirib:

“Mən bütün cinsi azlıqlara hörmətlə yanaşır, onları dəstəkləyirəm. Gey, lezbi, trans və ya biseksual – hansı olur olsun, mənim üçün fərqi yoxdur. Onlar da insandır və mən onların istəklərinə, seçdikləri yaşam tərzinə hörmətlə yanaşıram. Hər kəsi onları olduğu kimi qəbul etməyə çağırıram. Unutmamalıyıq ki, bu yolu onlar özləri seçməyib. Onların təbiəti belədir, belə yaranıblar. Həmin insanların əksəriyyətinin müəyyən kompleks yaşaması cəmiyyətin onları qəbul etməməsi ilə bağlıdır. Məhz ictimai qınaqdan çəkinərək gey olduqlarını gizlətmək məcburiyyətində qalırlar. Mənim ətrafımda da belələri var. Əsas odur ki, gey olsa belə, onlar kişi görkəmini qoruyub saxlamağı bacarır. Çox vaxt onların cinsi azlıqların nümayəndəsi olduğu hiss olunmur. Tanımayanlar bunu heç vaxt təxmin edə bilməz. Mən cinsi azlığın təbliğ olunmasının əleyhinəyəm. Amma təəssüf ki, Azərbaycanda olan geylərin əksəriyyəti qadın kimi yeriyir, üzlərinə tonal krem çəkir, ənlik və kirşandan istifadə edir. Bu, düzgün deyil. Gey olmaq insanın intim həyatıdır. Mən intim həyatını gizli saxlayan cinsi azlıqlara hər zaman dəstəyəm və dəstək də olacağam”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm