Rəqsanə ilə Samir Bağırovu nə birləşdirir? - FOTOLAR
Bizi izləyin

Magazin1

Rəqsanə ilə Samir Bağırovu nə birləşdirir? - FOTOLAR

Artıq 3 ildən çoxdur səhnədən, efirdən uzaq düşən Azərbaycan estradasının tanımış ekstravaqant ifaçısı Samir Bağırov müğənni Rəqsanə İsmayılova ilə birgə görüntülənib. Məkanların birində fotokameraların obyektinə tuş gələn iki məşhur ifaçı maraqlı açıqlamalar veriblər.

İfaçı S.Bağırov görünməməsini və Rəqsanə ilə bir araya gəlməsinin səbəbini belə şərh edib: “Mən hər dəfə yeni işlərimlə səhnəyə qayıdacağımı deyirəm. Amma bəzi səbəblərə görə alınmır. Rəqsanə ilə birlikdə ciddi işlərə başladıq. İnşallah, yeni mövsümdə maraqlı layihə ilə səhnəyə qayıdıram. Bu işdə dəyərli dostum Rəqsanəyə və özümə uğurlar arzulayıram”.

Rəqsanə də öz növbəsində Samirin sözlərini təsdiq edib: “Samirlə bizim bir araya gəlməyimiz təsadüfi deyil. Bu mövzuda çox danışmaq istəmirəm. Sürpriz olsun, inşallah, yeni mövsümdə tamaşaçılarımız görəcəklər. Artıq hazırlıqlar başlayıb. Qızğın iş gedir. Samirlə birgə çox maraqlı layihə hazırlayırıq. Səbir edin, tezliklə özünüz şahid olacaqsınız”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm