Lyubov Uspenskaya Bakıda konsert verəcək
Bizi izləyin

Magazin1

Lyubov Uspenskaya Bakıda konsert verəcək

Noyabrın 6-da Heydər Əliyev Sarayda Rusiya şansonunun kraliçası, azərbaycanlı tamaşaçılarının sevimlisi Lyubov Uspenskaya geniş konsert proqramı ilə çıxış edəcək.

Heydər Əliyev Saraydan Publika.az-a verilən məlumata görə, konsertdə müğənni yeni mahnılarını səsləndirəcək.

Müğənni ilk albomunu ("Lyubimıy") 1985-ci ildə yazıb. Həmin albom ona keçmiş sovetlər birliyində və ABŞ-da populyarlıq qazandırıb. L.Uspenskaya bir neçə dəfə "İlin şansonu" mükafatına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm