Kinostudiyanın direktoru: “Qocaman aktyorlara şad xəbərimiz var” - ÖZƏL
Bizi izləyin

Magazin1

Kinostudiyanın direktoru: “Qocaman aktyorlara şad xəbərimiz var” - ÖZƏL

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası yaşlı sənətkarlara sürpriz hazırlayıb.

Bu barədə Publika.az-a kinostudiyanın direktoru Müşfiq Hətəmov öz açıqlamasında bildirib.

Direktor bildirib ki, yaxın aylarda qocaman sənətkarları filmə dəvət edəcəklər: “Bizim bir çox aktyor və aktrisalarımız var ki, uzun müddətdən bəri filmlərə çəkilmirlər. Hansı ki, onlar vaxtilə milli kinomuzun ən gözəl nümunələrində rol alıblar. Biz onlara şad xəbər vermək istəyirik. Artıq kinostudiya yeni layihəyə start verəcək. Məhz həmin aktyorlar və aktrisalar üçün xüsusi ssenarilər yazılır. Bu ssenarilər üzrə filmlərin çəkilişinə başlanacaq”.

Onu da öyrəndik ki, layihəyə sentyabr aynda start veriləcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm