Yaşardan pul qazanan Vüsaləyə cavab: “Gündə bir qızlayam” – MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Yaşardan pul qazanan Vüsaləyə cavab: “Gündə bir qızlayam” – MÜSAHİBƏ/FOTOLAR

Biri aparıcı, o birisi müğənni. 4 ildir qüvvələrini birləşdirən teleaparıcı Vüsalə Kərimova ilə gənc müğənni Yaşar Cəlilovun uğurlu işgüzar münasibətlərinin arxasında sevgi axtarışları hələ davam edir. Hər fürsətdə onları biri-birinə yaraşdıranlar, nəhayət, bu cütlüyü dilə gətirib. Onlar aralarında olanın sevgi çöpü deyil, dostluq bağı olduğunda israrlıdırlar. Elə isə, görəsən, gözlərə batan nədir?

Publika.az bu suala "günah keçisi" elan edilən cütlüklə birgə cavab axtarıb:

- Vüsalə xanım, ara-sıra prodüseri olduğunuz müğənni Yaşar Cəlilov ilə sevgi münasibətlərinizdən danışılır. Fotokameramıza da kifayət qədər səmimi pozalar verdiniz…

- Paxıl olmayın. Nə istəyirlər bizdən? Gündəm yaratmağa bir şey tapa bilmirlər? O qədər üzdə bir cür görünüb, altda başqa işlər görənlər var ki… Onlara deyən lazımdır ki, gedin, özünüzə baxın. Heç olmasa, bizim nəyimiz varsa, üzdədir. Siz hardasınız?

- Yaşar bəy, siz bu haqda nə deyə bilərsiniz?

- Demək istəyirəm ki, incitməyin bu qızı. Əzərəm hamınızı (gülüşürlər). Ayıb olsun. Mən hər zaman ədəb-ərkanı gözləyən biri olmuşam. Halbuki şəxsi həyatımı önə çıxartsam, hər gün gündəmdə olaram. Çünki gündə bir başqa qızla birgəyəm. Bu minvalla gündə biri ilə şəkil çəkdirib qoymalıyam? Məlumdur ki, bunu etmərəm. Vüsalə isə dostumdur. Mehribanıq. Ailəvi münasibətimiz var. Bir evdə duz-çörək kəsiriksə, yeni ili, 8 martı, bir sözlə, bütün bayramları bir yerdəyiksə, demək ki, biz yaxınıq. Bu o demək deyil ki, bizim münasibətimiz sevgi ilə bağlıdır. Biz bir-birimizi çox istəyirik. Mən Vüsaləyə dəyər verirəm.

- Vüsalə xanımın prodüser kimi işindən razısınız?

- 2011-ci ildən bəri əldə etdiyim bütün uğurların 95 faizinin səbəbkarı Vüsalə Kərimovadır. Qalan 5 faizindən 3-ü bəstəkarım Tərlan Məmmədhüseynovundur. Yerdə qalan 2 faiz də mənim şansımdır. Mən bunu açıq boynuma alıram.

- Vüsalə xanım, şou sahəsinə keçməyə peşman deyilsiniz?

- Şou çox axmaq sahədir. Burada "dost" deyə biləcəyin biri yoxdur. Kimə "dost" deyib arxanı dönsən, vuracaqlar. Mənim işim müğənnimi reklam etməkdir. Təbii ki, Yaşarı qoyub, Günay İbrahimlini reklam etməyəcəm ki… Mən Yaşardan pul qazanıram. Gördüyüm işə görə Yaşardan pul alıram. Pul qazanıramsa, onun haqqını da ödəməliyəm. Şəkillərini də çəkirəm, videolarını da paylaşıram. Yaxşı, bu işləri bəs kim görməlidir? Cəmiyyət bu suala cavab versin.

- Vüsalə xanımdan başqa daha kiminlə dostluq münasibətiniz var?

- Aysel Əlizadə ilə yaxın dostuq.

- Birgə şəkillərinizin yayılması çoxunu qıcıqlandırır…

- Birgə şəkillərimizin yayılmasına gəlincə, demək istəyirəm ki, biz bir yerdə işləyirik. Şəkil çəkdirib paylaşmağımız tamamilə normaldır. Ümumiyyətlə, getdiyim hər tədbirdə əksər həmkarlarımla, aparıcılarla şəkil çəkdirib paylaşıram. Bunu həzm edib, qəbul etməyənlər də var.

- Vüsalə xanım, siz bu barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, cəmiyyətə bir sualım var. Yaşarın prodüseriyəmsə, mənim səhifəmdə onun şəkli ola bilməzmi? Məsələn, Günay İbrahimli Toma ilə çalışır. Hər gün birlikdə müxtəlif şəkillərini paylaşırlar. Tolik isə Elton ilə işləyir. Şəkil də çəkdirirlər, paylaşırlar da. Bu axı, nə deməkdir? Bu da sözdür? Məni və onu çəkə bilməyənlər birləşib və bir ordu yaranıb. Ancaq həmin ordu və o ordunu yönəldənlər unudurlar ki, məni heç kəs yıxa bilməz. Allah ayaqda saxladığı bəndəni cılız insanlar nə karədir ki, yıxsınlar. Düz 19 ildir təkbaşına çalışıram. Maşallah, boyumdan hündür oğlum var.

- Sizcə, nəyi həzm edə bilmirlər?

- Bilirsiniz, Vüsalə Kərimova bu günə qədər ciddi xəbər aparıcısı olub. O, şoubiznes bataqlığında, çirkablığında olmayıb. Siyasət və şou-biznes çox fərqlənir.Vüsalə şou xarakterli verilişlər aparandan buradakıların gözünə batmağa başlayıb. Vüsalə savadlı aparıcı olduğundan onu qəbul etmirlər.

- Bəs bu söz-söhbətlər nə vaxtdan yarandı?

- Yaxşı sual verdiniz. Biz 4 ildir ki, birlikdəyik. 4 ildir ki, Vüsalə Kərimova mənim prodüserimdir. Ancaq bu söz-söhbət iki ildir çıxıb. Bəs əvvəlki 2 ili harada idi bu sözləri danışanlar? Niyə danışmırdılar? Mən Vüsalə ilə indi sevgili olmuşam? Vüsalə ilə sevgili olsaydıq, elə ilk gündən sevgili olardıq da… Vüsalənin prodüser savadı olmasa da, 10 prodüserdən yaxşı işləyir. Sübut da mənəm. O, məni hardan hara qaldırıb. Bunu hansı yolla etməsinin isə heç bir əhəmiyyəti yoxdur. Hansısa tanışının köməyindən istifadə edib, yoxsa öz gücünü ortaya qoyub, ya da bacarığının sayəsində buna nail olub, fərqi yoxdur. Əsas odur ki, o, bunu edib.

- Vüsalə xanımdan əvvəl prodüseriniz olub?

- Bəli, Vüsalədən əvvəl 2 prodüser ilə işləmişəm. Onlar məni Vüsalə qədər tanıtmayıblar. Hər kəsin daşıya biləcəyi qədər gücü var. Vüsalə isə bu gücə malikdir. O, aparıcılıq da edir, jurnalistlik də, prodüserlik də. Bundan başqa gözəl ana və gözəl dostdur.

- Vüsalə xanım, bayaqdan şəninizə təriflər yağdırılır. Siz isə ancaq qulaq asırsınız. Bəlkə, bir əlavəniz var?

- Hesab edirəm ki, burada təkcə məni həzm edə bilməyənlər deyil, eyni zamanda Yaşarın uğurlarını qəbul etməyən sənət dostları da var.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm