• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Roza Zərgərlidən sevgi etirafı: “Fəxrəddin Manafovu...”- MÜSAHİBƏ/FOTOLAR

  • Magazin1
  • 8 İyul 2015 14:15
  • 5 580 Baxış
Roza Zərgərlidən sevgi etirafı: “Fəxrəddin Manafovu...”- MÜSAHİBƏ/FOTOLAR

Son vaxtlar müğənni Roza Zərgərlini yalnız səhnədə deyil, həm də filmlərdə görürük. Asif Abramovun "Qisas" serialında oynadığı rolla məşhurlaşan müğənni bu günlərdə Şahin Zəkizadənin "Yüz kağız" filmində rol alıb. Maraqlıdır ki, "Qisas" serialından fərqli olaraq komediya janrında olan filmdə Roza özünü fərqli ampluada göstərib.

Publika.az-a müsahibə verən Roza kinoyla bağlı arzularından danışıb:

- Roza, axır vaxtlar səni seriallarda, filmlərdə görürük. Olmaya, müğənniliyə xitam verib, aktrisalığa başlamısan?

- Yox, hər iki sənətlə məşğul oluram. Mənim aktrisa kimi fəaliyyət göstərməyim çoxlarına qəribə gəlir. Əslində, mənim ixtisasım da buna imkan verir. Bilirsiniz ki, mən rejissorluq fakültəsini bitirmişəm, buna görə də kino sahəsi mənim üçün yad deyil. Oynadığım rollardan da çox razıyam. Elə rejissorlar da məni çox bəyənirlər. Çəkiliş meydançasında onlara problem yaratmıram.

- Filmdə rejissor səni istəmədiyin halda nəyəsə məcbur edə bilər?

- Əlbəttə, çəkiliş meydançasında mən nə rejissor, nə də müğənniyəm. Rejissor nə deyirsə, ona da əməl etməliyəm. Ssenarini oxumuşamsa və filmə çəkilməyə razılıq vermişəmsə, deməli, tələb olunanı etməliyəm. Filmin yaradıcısı rejissordur axı. Onun işinə müdaxilə edə bilmərəm.

- Birdən açıq-saçıq səhnəyə çəkilməyini istədi, onda da razılıq verərsən?

- Gərək mənə bir milyon manat qonorar versinlər ki, mən açıq-saçıq səhnəyə çəkilim.

- Yataq səhnəsinə də?

- Yataq səhnəsinə yox, amma hər hansı bir erotik səhnəyə çəkilərəm. Niyə Hollivud aktyorlarının, aktrisalarının açıq-saçıq səhnələrinə baxıb həzz alırlar, amma biz çəkiləndə pis reaksiya verirlər. Bizimkilər açıq səhnəyə çəkiləndə mentalitet yada düşür. Bu, məni çox əsəbiləşdirir.

- Bir ara eşitdik ki, türk kinematoqrafçıların çəkdiyi seriala da dəvət almısan.

- "Möhtəşəm yüz il" serialından hələ heç kimin xəbəri olmadığı bir vaxtda məni həmin seriala dəvət etmişdilər, amma getmədim.

- Hansı rola?

- Sultan Süleymanın bacısı Xədicə roluna.

- Kim dəvət etmişdi səni?

- Serialın aktyor heyətini toplayan direktor Əhmədlə dostuq. Mənim fotolarımı görüb filmə dəvət etmişdi.

- Belə bir şansı əlindən niyə verdin?

- Ailədən icazə vermədilər, mən də getmədim.

- Xədicə rolu heç açıq-saçıq obraz da deyil, niyə etiraz etdilər ki?

- Yox, buna görə yox. Sadəcə olaraq, müqaviləyə görə 8 ay müddətində Türkiyədə yaşamalıydım. Mən də uzun müddət başqa ölkədə qala bilmərəm axı. Razılıq versəydim, partladacaqdım və yüksək qonorar alacaqdım və indi hamı dalımca qaçacaqdı.

- Azərbaycanda elə bir kinorejissor varmı ki, filmində çəkilməyi arzulayırsan?

- Təsadüf elə gətirib ki, elə arzuladığım rejissorların filmində çəkilmişəm. Asif Abramovla işləmişəm, rolum da fərqli olub. Üstündən çox keçmədən komediya janrında oynamaq istədim. Təsadüfən Şahin Zəkizadə məni filminə dəvət etdi. Özünə də dedim ki, lap ürəyimdən xəbər verib.

- Bəs böyük aktyorlardan kiminlə tərəf-müqabil olmaq arzusundasan?

- Uşaqlıqdan xalq artisti Rasim Balayev və Fəxrəddin Manafovla eyni filmdə çəkilmək istəmişəm. Çox istərdim ki, filmdə Fəxrəddin Manafovun sevgilisi olum. Bilirəm ki, Fəxrəddin müəllim razılıq verər, amma Rasim Balayev çətin razılıq versin.

- Niyə?

- Çünki Fəxrəddin müəllimlə tanışlığımız var, buna görə düşünürəm ki, o, mənə etiraz etməz. Fəxrəddin Manafovu sevirəm. Bu yaxınlarda seksual və cazibədar kişilərdən ibarət bir onluq tərtib etmişdilər. Elə adamların adını o siyahıya salmışdılar, heç seksuallıqdan xəbərləri yox idi. Nə Fəxrəddin Manafovun adı vardı orda, nə Rasim Balayevin, nə də o "Təhminə"də Spartak roulunu oynayan aktyorun.

- Füzuli Hüseynov?

- Hə, adını unutmuşdum, Füzuli. Öz aramızdır, bu aktyorlar "maska" olublar da. O siyahıya elə adamların adını yazmışdılar, onlar heç bilmirlər seks nə deməkdir. Mənim aləmimdə adını çəkdiyim bu aktyorlar ən cazibədar kişilərdir.

Cəvahir

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR