• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Müasir dövrün nağılı: Rihannanın kəşf etdiyi bəxtəvər qadın – FOTOLAR

  • Magazin2
  • 9 İyul 2015 06:44
  • 569 Baxış
Müasir dövrün nağılı: Rihannanın kəşf etdiyi bəxtəvər qadın – FOTOLAR

Amerikalı müğənni Rihannanın bir neçə gün əvvəl təqdim etdiyi “Bitch better have my Money” klipi sosial mediada böyük marağa səbəb olub.

Klipdəki şiddət, çılpaq görüntülər birmənalı qarşılanmasa da, arxa planda “Göyçək Fatma” nağılı gizlənibmiş...

Publika.az qərb mətbuatına istinadən xəbər verir ki, bu nağılın qəhrəmanı isə 25 yaşlı Sanamdır. O, Rihannanın klipində rol almazdan öncə heç vaxt özünü aktyor kimi sınamayıb.

Əslində, hər şey də anidən başlayıb. Günlərin bir günü Sanama “instagram”dan bildiriş gəlir.

““badgirlriri” səni izləməyə başladı.” “badgirlriri” – müğənninin adıçəkilən sosial şəbəkədə rəsmi hesabıdır).

Bunu görən Sanam xoşbəxtliyini hər kəs ilə paylaşıb. Amma üstündən bir neçə dəqiqə sonra Rihanna Sanamı izləməkdən imtina edib.

İki həftə sonra isə Rihanna yenidən onu izləməyə başlayır. Sonra isə Sanama mesaj yazır.

“Salam. Səninlə birlikdə gerçəkləşdirmək istədiyim bir ideyam var. Məncə sən möhtəşəmsən. Əgər bu səni maraqlandırırsa, məni xəbərdar et”.

Sanam isə olanları belə şərh edib.

“Nədən bəhs etdiyi haqda heç bir fikrim yox idi. Ağlım başımdan çıxacaq kimi idim. Rihanna mənə mesaj yazıb və yekəxana olduğumu duşunürmüş”.

Daha sonra isə dünya şöhrətli müğənninin çalışdığı şirkət Sanam ilə əlaqə saxlayıb. Sanam hər şeyin ciddiliyini anlayıb.

Bir gün sonra Sanam Rihannanın olduğu Los-Ancelesə uçur və ilk tanışlığında gənc qızı düşünsdürən sualı müğənniyə ünvanlayır. “Siz məni necə oldu kəşf etdiniz?”

“Səni “kəşf et” səhifəmdə gördüm. Çox yekəxana olduğunu düşünürdüm. Bilmirdim mesaj yazım ya yox. Təklifimi qəbul edib-etməyəcəyinə bilmirdim”.

Daha sonra Sanam müğənni haqda fikirlərini də bildirib.

“O, çox şirin idi. Bizi komplimentlərə boğurdu. Çox səmimi idi. Bu sözlərim bəzilərimə səmimi görünməyə bilər. Amma bu, gerçəkdi”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR