Sindi Kroufordun gözəl qızı modelliyə başladı - FOTOLAR
Bizi izləyin

Magazin2

Sindi Kroufordun gözəl qızı modelliyə başladı - FOTOLAR

Əfsanəvi model Sindi Kroufordun qızı Kaya Qerberin anasının yolu ilə getməsi təəccüblü deyil.

Çünki Kayanın modellik həyatı anasından da tez başlayıb. Sindi ilk dəfə 16 yaşında jurnalların üzqabığını bəzəyib. Kaya isə 5 yaşından çəkilişlərdə iştirak edir. 10 yaşında isə artıq o, "Versace" moda evinin uşaq kolleksiyasının siması olub. Əlbəttə ki, belə uğurlu başlanğıc diqqətdən kənarda qala bilməzdi. Publika.az xəbər verir ki, 13 yaşlı Kaya bu günlərdə "İMG Models" agentliyi ilə özünün ilk model müqaviləsini imzalayıb.

Yeri gəlmişkən, Sindi bir neçə il öncə deyirdi ki, qızının yetkinlik yaşına çatana qədər model olmasına imkan verməyəcək. Lakin model agentlikləri çoxdandır ki, Kaya ilə müqavilə bağlamaq üçün növbəyə dayanıblar. Görünür, ulduz ana fikrindən daşınıb.

Banu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm