45 yaşlı gənc qız - FOTOLAR
Bizi izləyin

Magazin2

45 yaşlı gənc qız - FOTOLAR

Hollivud ulduzlarının istedadları ilə yanaşı, gözəllikləri də dillərə dastan olub. Onların bəziləri 40, hətta 50 yaşında belə gənc qız kimi görünürlər. Üstəlik, həmin yaşlarda ana belə olurlar. Publika.az yaşı 40-ı keçməsinə baxmayaraq, gənc qız kimi görünən ulduzların siyahısını tərtib edib.

Dünyaca məşhur pop ifaçısı Cennifer Lopez ötən gün Floridada bir dostu ilə alış-veriş edərkən paparassilərin kameralarına tuş gəlib. Mini ətək və göbəyi açıq geyimdə 45 yaşlı Lopez şəkillərdə gənc qızlardan seçilmir. Keçmiş həyat yoldaşı Mark Entoni ilə 2008-ci ildə əkiz uşaq sahibi olan Lopez Florida küçələrində lolitalar kimi dolaşıb. Məşhur ulduz paltarını sadə bir toppuz və yüngül bir makiyajla tamamlayıb.

İsveçrəli 40 yaşlı model Viktoriya Silvstedt Sent Tropezdə istirahət edərkən görüntülənib. Çimərlik paltarını qladiator stili ayaqqabılarla tamamlayan Viktoriya ideal bədəni ilə gənc qızları qısqandırıb.

80 və 90-cı illərin ən parlaq modellərindən biri Ell Makfersona karyerasının əvvəlində "Xanım bədən" adı verilmişdi. O, bu adını hələ də ləyaqətlə qoruyur. 52 yaşlı Macpherson Sidneydə istirahət edərkən diqqətdən yayınmayıb. Ailəsi və yaxın dostları ilə istirahət edən model düzgün bədəninə güvənərək ağ çimərlik paltarı seçib.

Çex əsilli model və aktrisa Paulina Porizkova Fransa sahillərində görüntülənib. 50 yaşlı keçmiş model düzgün bədəni və qüsursuz daşıdığı bikinisi ilə göz qamaşdırıb.

Tanınmış kinoaktrisa Qvinet Peltrou ailəsiylə birlikdə Karib Hövzəsində istirahət edib. 42 yaşlı və 2 uşaq anası olmasına baxmayaraq, aktrisa qüsursuz bədən quruluşuna sahibdir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm