• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyanın 9 yaşlı ən gözəl qızı - FOTOLAR

  • Magazin2
  • 16 İyul 2015 00:50
  • 1 793 Baxış
Dünyanın 9 yaşlı ən gözəl qızı - FOTOLAR

Kristina Pimenovanın hələ 9 yaşında olmasına baxmayaraq, sosial şəbəkələrdə milyonlarla izləyicisi var. Buna səbəb isə 9 yaşlı modelin heyranedici və saf gözəlliyidir. Publika.az xəbər verir ki, Kristina Pimenova 3 yaşından etibarən modellik edir. Həm də bir çox gənc qızın arzuladığı həyatı yaşayır.

9 yaşlı model “Dolce&Gabbana”nın dəfilələrində iştirak edib, “Vogue” jurnalının uşaq versiyasının üz qabığında çəkilib, o cümlədən “Roberto Cavalli”, “Benetton” brendlərinin reklamında rol alıb.

Xatırladaq ki, Kristina Britaniya KİV-nin versiyasına əsasən, “dünyanın ən gözəl qızı” elan edilib.

Onun anası, keçmiş model Qlikeriya Şirokova demək olar ki, hər gün qızının fotolarını sosial şəbəkədə paylaşır. Atası isə futbolçu Ruslan Pimenovdur.

Bəziləri kiçik qızın bu yaşında model kimi çalışmasını tənqid edir.

9 yaşlı modelin sosial şəbəkədəki hesablarını özü yox anası idarə edir. Qlikeriya Şirokovanın sözlərinə görə, Kristina öz şəkillərini paylaşmır və istifadəçiləri ilə dialoq qurmur. Bütün bunları onun əvəzinə anası edir.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR