53 yaşlı Tom Kruz 22 yaşlı qızla sevgilidir - FOTOLAR
Bizi izləyin

Magazin2

53 yaşlı Tom Kruz 22 yaşlı qızla sevgilidir - FOTOLAR

3 il əvvəl aktrisa Keti Holmsdan ayrılan aktyor Tom Kruz assistenti ilə görüşür. Maraqlıdır ki, Tom Kruz da bir çox həmkarı kimi özündən gənc qızla sevgili olmağa üstünlük verib.

“US Weekly” jurnalının məlumatına görə, Kruzun gənc sevgilisi Emili adlı 22 yaşındakı assistentidir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük ötən gün “Mena” filminin çəkilişləri üçün Atlantanın Georgia şəhərində gəliblər.

Tom Kruz pərəstişkarları ilə foto çəkdirərkən Emili arxada səbirlə aktyoru gözləyib. Cütlüyü tanıyanlar onlar arasında inanılmaz enerji olduğunu deyib. “Us Weekly” jurnalının məlumatına görə, Tom Emili ilə tanış olandan bəri onunla görüşür. Çəkiliş qrupu da Tomun Emiliyə qarşı laqeyd olmadığını, hətta ona vurulduğundan xəbərdardır.

Emilinin Tom Kruzun keçmiş həyat yoldaşı Keti Holmsa oxşarlığı isə diqqət çəkib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm