Lezbiyan aktrisa arzulanan qadın olmaq istəmir - FOTOLAR
Bizi izləyin

Magazin2

Lezbiyan aktrisa arzulanan qadın olmaq istəmir - FOTOLAR

Gənc yaşda “Cesar” mükafatı qazanıb dünya şöhrətli ulduzlar arasına qatılan Kristian Stüart 15- 20 yaşlarında çox gərgin və stressli illər keçirdiyini deyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Alatoranlıq” filminin ulduzu Kristian Stüart “Marie Claire” jurnalına müsahibəsində artıq üzr istəməyi tərgitdiyini söyləyib.

25 yaşlı aktrisa "Kino sənayesinə addım atanda çox kiçik və həyəcanlı idim, özümə daim nəzarət etməliydim"- deyib.

Lezbiyan aktrisa öz qərarları əsasında baş verməyən şeylər üzündən özünü pis hiss etdiyini, hətta evə qapandığını bildirib. Verdiyi müsahibələrdə və iştirak etdiyi televiziya proqramlarında qəribə davranışlar ilə diqqətçəkən Stüart hər dəqiqə üzr istəyən tiplərdən biri olduğunu, lakin artıq üzr istəməyi tərgitdiyini deyib: “Üzr istəmək yerinə "yox, lənət olsun" sözlərini daha çox təkrar edirəm”.

Uzun saçlarını qısa kəsdirməsini isə korlanması ilə əlaqələndirib. Belə özünü daha güclü və rahat hiss etdiyini bildirib.

O, “Bəlkə çoxları üçün uzun saçda daha gözəl idim. Amma həyatın əsas qayəsinin gözəl görünmək və arzulanan qadın olmağı anlamıram. Bu, çox sıxıcıdır" – deyib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm