Al Paçino: “Rol aldığım film insanları narkotikə meyl etdirdi”
Bizi izləyin

Magazin2

Al Paçino: “Rol aldığım film insanları narkotikə meyl etdirdi”

75 yaşlı aktyor Al Paçino yeni filmi ilə bağlı “Manglehorn” “Independent” qəzetinə maraqlı müsahibə verib. Pubika.az xəbər verir ki, “Oscar” laureatlı aktyor yeni filmindən və peşmanlıqlarından danışıb.

Karyerasına son qoyacağı ilə bağlı iddialara cavab verən əfsanəvi aktyor “Bu günə kimi işim mənim həyatım olub. Əgər bir rəssam olsaydım, heç kim yaşıma fikir verməzdi. Mən bir sənətçiyəm, bu sözləri təkrarlamaqdan nifrət edirəm. Sağlamlığım imkan verdiyi qədər işimlə məşğul olacağam”.

Al Paçino aktyorluğa başladığı ilk illərdə yaşadığı çətinliklərdən də bəhs edib:

“İllər öncə Frensis Ford Koppola məni “Xaç atası” üçün seçəndə ondan başqa heç kim məni istəmir, iş vermirdi. Heç kim məni tanımırdı. İndi isə ən yaxşı rejissorlarla işləyə bilirəm”.

Aktyor karyerası ilə bağlı peşmanlıqlarından da söz açıb. Al Paçino baş roluna çəkilməyi rədd etdiyi “Star Wars”, “Kramer vs Kramer”, “Pretty Woman”, “Die Hard” və s. filmlərin izlənmə rekordları qırmasından sonra peşmanlıq hissi keçirdiyini etiraf edib.

Aktyorun baş rolda oynadığı, təqdim edildiyi il kino aləminə damğa vuran “Scarface” filmi ilə bağlı etirafı isə gözlənilməz olub. O, bu filmin cəmiyyəti şiddətə və narkotikə meyil etdirdiyini bildirib:

“Biz bu filmi çəkəndə çılğın 80-ci illərdə idik. Film hip-hop və rep musiqisinə ilham qaynağı oldu. Etiraf etməliyəm ki, narkotik ilə heç bir əlaqəsi olmayan tanıdığım bir çox insanı narkotik maddələrdən istifadə etməyə həvəsləndirdi”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm