Rihanna yeni ətir çıxardı - FOTO
Bizi izləyin

Magazin2

Rihanna yeni ətir çıxardı - FOTO

Barbadoslu müğənni Rihanna öz adını daşıyan yeni ətrini təqdim edib. “Riri by Rihanna” adlı ətrin romantik ab-havalı qadınlar üçün nəzərdə tutulduğu bildirilib. Ətrinin reklam kampaniyası üçün kamera qarşısına keçən gözəl ulduz hələlik sadəcə, bir fotosunu paylaşıb. Fotoda Rihannanı yeni ətirinə uyğun olaraq çəhrayı rəngə bürünmüş halda görürük.

Ulduzun rəsmi saytında yer alan məlumata görə, bu yaxınlarda ətir üçün çəkilən reklam çarxı da təqdim ediləcək.

Xatırladaq ki, Rihanna daha öncə satışa 6 fərqli ətir çıxarıb. “Reb'l Fleur”, “Rebelle”, “Nude”, “Rogue”, “Rogue Man”, “Rogue Love” adlı ətirlər dünyanın bir çox ölkəsində çox satılanlar arasına daxil olub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm