• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Məşhur müğənni bikini ilə kamera qarşısına keçməkdən imtina edib - VİDEO

  • Magazin2
  • 23 İyul 2015 08:10
  • 1 129 Baxış
Məşhur müğənni bikini ilə kamera qarşısına keçməkdən imtina edib - VİDEO

Məşhur müğənni Demet Akalın “Pırlanta” ("Brilliant") albomuna daxil olan mahnılardan birinə klip çəkdirib. “Gölge” (“Kölgə”) adlı mahnıya çəkilən klip olduqca maraqlı alınıb.

Rejissorluğunu Müjdat Kupsinin etdiyi ekran işinin çəkilişləri 3 gündə tamamlanıb. Demet Akalın bir-birindən dəbli 5 libasda kamera qarşısına keçib. Ancaq maraqlıdır ki, Bodrumda çəkildiyi bildirilən klipdə müğənni həmkarları Hande Yener və Hadisədən fərqli olaraq bikini ilə kamera qarşısına keçməkdən imtina edib.

Qeyd edək ki, “Gölge” klip üçün “Pırlanta” adlı albomdan seçilən ilk mahnı deyil. Belə ki, ilk klip “Dərs olsun” mahnısına çəkilmişdi. Müğənninin bu klipdə Rihannanı yamsıladığı iddia edilib.

Xatırladaq ki, sözügedən albomun son bir neçə ayda 65 mindən çox satıldığı bildirilir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR