Corc-Amal Kluni cütlüyünün bu istəyi qonşuları əsəbiləşdirdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Corc-Amal Kluni cütlüyünün bu istəyi qonşuları əsəbiləşdirdi - FOTOLAR

Corc Kluni Amal Alamuddin cütlüyü yeni qonşularını qəzəbləndiriblər. Publika.az xəbər verir ki, Hollivudun ən məşhur cütlüyünün yeni aldığı malikanənin bağçasına gizli kamera yerləşdirmək istəyib.

İngiltərənin Berkşir şəhərində yerləşən həmin evə 6 metr hündürlükdən çəkən 18 ədəd gizli kamera yerləşdirilməsini həmin məhəllədə yaşayan sakinlər birmənalı qarşılamayıb. Onlar kameraların şəxsi həyatlarına müdaxilə olduğunu iddia ediblər.

Elə bələdiyyə də cütlüyün 18-ci əsrdən qalmış bu tarixi malikanəyə kamera qoydurmaq istəyini rədd edib. Cütlüyə evin təhlükəsizliyi üçün başqa tədbirlər görmək tövsiyə edilib.

Qeyd edək ki, cütlük bəhs edilən malikanənin həyətində hovuz, kino zalı düzəltdirmək üçün də bələdiyyədən çox çətinliklə icazə almışdı.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm