Çağla Şikelin bu fotosunu tənqid etdilər – FOTOLAR
Bizi izləyin

Magazin2

Çağla Şikelin bu fotosunu tənqid etdilər – FOTOLAR

Boşandıqdan sonra “İnstaqram” hesabında olduqca cəsur fotolar paylaşan cazibədar model və aparıcı Çağla Şikəl tənqidlərə məruz qalıb.

Publika.az-ın xəbərinə görə, axırıncı dəfə paylaşdığı şəkildə alt paltarında görünən Çağlaya pərəstişkarları sərt reaksiya veriblər.

Onun həmin fotosunun altına “Sən anasan, belə şəkillər paylaşmaq sənə heç yaraşır?”, - deyə şərh yazıblar.

Gözəl model tənqidlərdən sonra həmin fotonu silib.

O, təqibçilərindən birinin eşq həyatı ilə bağlı verdiyi sualı da cavablandırıb. Model son günlər mətbuatda yer alan basketbolçu Kerem Tunçeri ilə sevgi münasibətləri xəbərini təkzib edib:

"Həyatımda heç kim yoxdur. Daha öncə də açıqlama vermişdim. Buna baxmayaraq, yalan xəbərlər yazmağa davam edirlər. Bodruma öz evimdə ailəm və uşaqlarımla istirahət etmək üçün gəlmişəm".

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm