• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Məşhur aparıcı: “Daxilim xaricimdən daha gözəldir” – FOTOLAR

  • Magazin2
  • 27 İyul 2015 21:53
  • 558 Baxış
Məşhur aparıcı: “Daxilim xaricimdən daha gözəldir” – FOTOLAR

Məşhur model və aparıcı Ebru Şallı “Səninlə” jurnalına müsahibə verib.

Publika.az xəbər verir ki, müğənni müsahibəsində sevgilisi Sinan Akçılla münasibətlərindən danışıb, 3-cü dəfə ana olmaqla bağlı sualı cavablandırıb.

“Daxilim xaricimdən daha gözəldir”, - deyən Ebru Şallı Sinan Akçılla barışdığını və hazırda xoşbəxt olduqlarını vurğulayıb.

"Bir müddət ayrı qaldıq. Amma onda belə tez-tez zəngləşir, danışırdıq. İkimiz də bu qısa fasilədən özümüzdən, hisslərimizdən əmin olmaq üçün istifadə etdik. Hazırda hər şey çox yaxşıdır”.

Ebru Şallı boşandıqdan dərhal sonra Sinan Akçılla birlikdə olduğunu etiraf edib:

“Boşandıqdan sonra çox vaxt itirmədim. Çünki eşq qapını döydü. Heç nə edə bilməzdim. Eşq insana müsbət təsir edən bir hissdir. Şəraitdən asılı olmayaraq, insanın ayağını yerdən kəsir, insan uçduğunu hiss edir. Eşqin yerini heç nə tuta bilməz. “Mən aşiq olmamalıyam” deyə bilmirsən”.

Model Sinan Akçılla birlikdə olmağa başladığı ilk vaxtlar tərəddüd keçirdiyini vurğulayıb:

“Eşq qapını döydü desəm də, ilk 6 ay çox tərəddüd keçirdim. Aşiq idim, amma övladlarımın olması məni çox düşündürürdü. İçimdə fırtınalar qopdu. 6 ay özüm belə aşiq olduğum həqiqətini qəbul etmək istəmədim. Jurnalistlərin xəbəri olmadan öncə bu eşqdən əmin olmalı idim”.

Ebru Şallı 3-cü dəfə ana olmaq istəmədiyini bildirib:

“Yenidən ana olmağı düşünmürəm. Ancaq Sinan uşaq istəsə, təbii ki, bu haqda yenə düşünərəm”.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR