Kıvanç Tatlıtuğ Serenay Sarıkayanı istədi
Bizi izləyin

Magazin2

Kıvanç Tatlıtuğ Serenay Sarıkayanı istədi

Gözlənilən reytinqi toplamadığı üçün çəkilişləri dayandırılan "Qurd Seyid və Şura" serialından sonra heç bir ekran işində rol almayan aktyor Kıvanç Tatlıtuğ pərəstişkarlarını sevindirib.

Publika.az xəbər verir ki, Kıvanç Tatlıtuğ yeni mövsümdə ekranlara qayıtmağı planlaşdırdığını açıqlayıb.

Hər zaman olduğu kimi bu dəfə də "Ay Yapım" şirkəti ilə müqavilə imzalayan aktyor yeni serialda tərəf müqabilinin aktrisa Serenay Sarıkaya olmasını istəyib.

Kıvanç Tatlıtuğun bu istəyi reallaşsa, Türkiyənin ən böyük fanat kütləsinə sahib olan iki ulduzu bir layihədə yer alacaq. Təbii ki, bu da yüksək reytinqin siğortalanması deməkdir.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ daha öncə bir serialda rol aldığı Fahriyə Evcənlə isə heç vaxt eyni layihədə rol almaq istəmədiyini bildirib. Aktyor Fahriyə Evcənin çox kaprisli olduğunu və çəkilişlər zamanı öz tələbləri ilə hər kəsi bezdirdiyini vurğulayıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm