Demet Akalın: “Ancelina Colini belə geridə qoymuşam”
Bizi izləyin

Magazin2

Demet Akalın: “Ancelina Colini belə geridə qoymuşam”

Son günlər yeni albomu ilə gündəmdə olan müğənni Demet Akalın “Elele” jurnalına müsahibə verib.

Publika.az xəbər verir ki, müğənni sosial şəbəkədə təqibçilərinin sayının çoxluğu ilə öyünüb və “Google”da ən çox axtarışa verilən məşhurlar siyahısında Ancelina Colini belə geridə qoyduğunu bildirib:

“Sosial şəbəkədən ən fəal istifadə edənlər siyahısında 53-cü yerdə olan yeganə türkəm. O siyahıda nə Tayyib bəy var, nə Tarkan, nə də Cem Yılmaz. Ötən ay isə “Google”da ən çox axtarılanlar siyahısında Ancelina Colini keçmişəm”.

Demet Akalın keçmiş xatirələrindən bəhs edərkən olduqca maraqlı bir məqama toxunub. Demet məşhur britaniyalı dizayner Stella MakKartninin ona aşiq olduğunu açıqlayıb:

“6-7 il əvvəl məni Londona çağırdı. Məni dünyaca məşhur model etmək istəyirdi. Düşündüm ki, dünyada o qədər qadın var ikən, görəsən, niyə mən? Sonra öyrəndim ki, lezbiyan imiş. Stella MakKartni belə mənə aşiq olub”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm