Arda Turan 4 günlük Bodrum istirahətinə nə qədər pul xərclədi? - FOTOLAR
Bizi izləyin

Magazin2

Arda Turan 4 günlük Bodrum istirahətinə nə qədər pul xərclədi? - FOTOLAR

Arda Turan yeni klubda oynamaq üçün Barselonaya gedib, amma onun haqqında yayılan xəbərlərin ardı-arası səngimək bilmir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Atletiko Madrid”dən 35 milyon avroya “Barselona” klubuna transfer olan futbolçunun İspaniyaya getməzdən əvvəl Bodrumda istirahət etməsi hələ də dillərdə gəzir.

Futbolçu sevgilisi Aslıhan Doğan ilə Bodrumdakı ən bahalı hotellərin birində istirahət edib. O, dörd günlük istirahət üçün 22 min 500 lirə (təxminən 10 min manat) xərcləyib. Türkiyə mətbuatının yazdığı xəbərə görə, Bodrumun ən lüks otelində qalan cütlüyün istirahətinin ən mühüm detalı isə onlara xüsusi xidmətçinin xidmət göstərməsi olub.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm