Magazin2
İranlı fanatı Hazal Kayanı şoka saldı
Məşhur aktrisa Hazal Kaya iranlı fanatı üzündən çətin günlər yaşayır. Publika.az xəbər verir ki, aktrisa onu addım-addım təqib edən fanatını polisə şikayət edib.
Hazal Kaya İsa Yazdan Karimi adlı fanatını məhkəməyə verib. Gözəl ulduz polisə verdiyi ifadədə İsa Kariminin onu öldürəcəyindən qorxduğunu bildirib:
“İsa Yazdan Karimi bir il öncə “Twitter”də mənə mesajlar yazmağa başladı. Bu mesajlar məni narahat etsə də, çox fikir vermədim. Bu ilin iyun ayında iş yerimə üzərində “eşqim, həyat yoldaşım, arvadım” yazılan müxtəlif hədiyyələr göndərməyə başladı. Bir gün atası yaşadığım binaya gəlib mənim üçün hədiyyə qoyub. 5 iyulda isə atası ilə bacısı yenə yaşadığım yerə gəliblər. Sonra da iş yerimə gedib oğullarının mənimlə görüşmədiyi təqdirdə intihar edəcəyini deyiblər. Onlar İsanın gecələr evimin ətrafında yatdığını bildiriblər. Bütün bunlardan sonra vəziyyətin ciddi olduğunu başa düşdüm. “Facebook” hesabına baxdım və bütün gün mənim haqqımda yazdığını gördüm. “Ya Hazalım, ya ölüm” deyə bir status yazdığını görəndə təhlükəsizliyim haqqında düşünməyə başladım. Silah sifariş etdiyini öyrənəndə isə çox qorxdum. Ona görə də, bu şəxsdən şikayətçiyəm".
Qeyd edək ki, əvvəlcə İsa Kariminin atasını və bacısını da məhkəməyə verən Hazal Kaya daha sonra həmin iddialardan vaz keçib. İndi hər kəs hakimin İsa Karimi haqqında verəcəyi qərarı gözləyir.
Ləman Sultan
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO