Ancelina Coli böyük oğlunu ulduz etmək fikrindədir – FOTOLAR
Bizi izləyin

Magazin2

Ancelina Coli böyük oğlunu ulduz etmək fikrindədir – FOTOLAR

Son illər rejissor kimi də fəaliyyət göstərən cazibədar aktrisa Ancelina Coli böyük oğlu Meddoksu da ulduz etmək fikrindədir.

Hazırda Kamboca ilə bağlı bir film üzərində işləyən aktrisa oğlu Meddoksun hər gün dərs hazırlığından sonra çəkiliş meydanına gəlib ona kömək edəcəyini söyləyib.

Ancelina Coli bunun sayəsində Kambocada dünyaya gələn 13 yaşlı oğlunun doğulduğu ölkə ilə bağlı həqiqətləri daha yaxşı öyrənə biləcəyinə inandığını deyib:

"Meddoks və mən filmi hazırlayarkən daim yan-yana olacağıq və onun ölkəsi haqqında çox şey öyrənəcəyik. Bu həftə Meddoksun 14 yaşı olacaq. Bəli, o, mənim oğlumdur, ancaq eyni zamanda da kambocalıdır. Ona görə də kim olduğunu, keçmişini öyrənməlidir”.

Qeyd edək ki, Ancelina Coli Meddoksu hələ 7 aylıq olarkən övladlığa götürüb. O zaman aktrisa Billi Bob Tornton ilə evli idi.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm