Beyonsun sərvət dəyərində ayaqqabısı - FOTOLAR
Bizi izləyin

Magazin2

Beyonsun sərvət dəyərində ayaqqabısı - FOTOLAR

Adətən, “Balmain”, “Versace” və “Diesel” kimi markalardan alış-veriş edən Beyons bu dəfə qiymətli daşlarla bəzədilən ayaqqabısı ilə diqqət çəkib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, pop ifaçısı yeni klipi üçün brilyantlarla bəzədilmiş platin ayaqqabı sifariş verib. Ayaqqabının dəyəri isə 200 min funt-sterlinq (təxminən 330 min manat) təşkil edir.

Ayaqqabı İngiltərənin “House of Borgezie” markasının istehsalıdır. "Princess Constellation” adlı dikdaban bosonojka 1290 daş-qaşla bəzədilib. Ayaqqabı 1000 illik zəmanətlə satılıb. Beyons ayaqqabılarına uyğun kəmər də alıb. Belə ki, onun kəməri də bahalı daş-qaşla bəzədilib. Kəmərin qiyməti isə 55 min funt-sterlinqdir (təxminən 90 min manat).

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm