• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bərgüzarla Halit illər sonra eyni serialda

  • Magazin2
  • 6 Avqust 2015 22:57
  • 990 Baxış
Bərgüzarla Halit illər sonra eyni serialda

Türkiyənin ən məşhur cütlüklərindən olan Halit Ərgənçlə Bərgüzar Korel yenidən eyni serialda rol almağa hazırlaşırlar.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Halit Ərgənç yeni serialdan rekord məbləğdə pul qazanacaq. Belə ki, o, hər seriya üçün 120 min lirə qonorar alacaq. Xarizmatik aktyor yaddaşını itirən və iki qadın arasında qalan bir adamı canlandıracaq. Bu qadınlardan biri Halitin həyat yoldaşı Bərgüzar Korel, digəri isə cazibədar aktrisa Cansu Dərə olacaq. Serialın hansı kanalda yayımlanacağı hələ dəqiqləşməyib.

Qeyd edək ki, Bərgüzar Korellə Halit Ərgənç illər öncə “Min bir gecə” adlı serialda tərəfmüqabil olub. Onların çəkiliş meydanında başlayan sevgi münasibətləri ailə həyatı qurmaları ilə nəticələnib.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR