Cennifer Lopez 4-cü dəfə gəlinlik geyinəcək – FOTOLAR
Bizi izləyin

Magazin2

Cennifer Lopez 4-cü dəfə gəlinlik geyinəcək – FOTOLAR

46 yaşlı Cennifer Lopezin 28 yaşlı gənc sevgilisi Kasper Smartla münasibətləri ciddiləşmək üzrədir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük oktyabr ayında rəsmi şəkildə evlənməyə hazırlaşır. Bunu cütlüyə yaxın olan mənbə bildirib.

Şayiələr gəzir ki, Lopez möhtəşəm şənlik qurmaq niyyətindədir və ideal toy mərasimini düzəltmək üçün milyonlar xərcləməyə hazırdır. Lakin bu məlumat öz təsdiqini tapmayıb. Ulduz cah-calallı toy etmək istəmir, toy mətbuatdan qapalı və adi əyləncə şəklində keçiriləcək. Dəvət olunanlar sırasında müğənninin ən yaxın adamları olacaq. Xarici mətbuat yazır ki, dəvətlilər siyahısında Ceylonun keçmiş əri Mark Entoni də var.

Xatırladaq ki, Cennifer Lopez yenidən ana olmaq istədiyini etiraf etmişdi. Görünür, Lopez gənc sevgilisi Smartı qayğıkeş atası rolunda görür. Axı, o, müğənninin əkizləri ilə yaxşı yola gedir.

Qeyd edək ki, pop ifaçısı artıq 3 dəfə rəsmi nikahda olub. Onun ilk evliliyi ofisiant Oxani Noa ilə, ikinci evliliyi rəqqas Kris Cadd, üçüncü evliliyi isə müğənni Mark Entoni ilə olub. Kasperin isə bu, birinci evliliyi olacaq.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm