İndi onun da ulduzu parlayacaq - VİDEO/FOTO
Bizi izləyin

Magazin2

İndi onun da ulduzu parlayacaq - VİDEO/FOTO

Dünya şöhrətli amerikalı müğənni Meraya Keri Hollivudun Ulduzlar Xiyabanında şəxsi ulduzuna sahib olub. Mərasimə müğənni əkiz uşaqları Monro və Marrokon ilə gəlib.

Müğənninin ulduzu xiyabanın sayca 2566-cısı olub. Çıxış nitqindən sonra müğənni çoxsaylı fanatları və turistlərlə görüşüb.

“Aman Allahım! Hər şey o qədər möhtəşəmdir ki, burada elə indicə ağlaya bilərəm. Bu mənim üçün böyük şərəfdir. Mən xoşbəxtəm ki, mənim arzularım hələ də gerçəkləşir”, - müğənni sevincini bölüşüb.

Tədbirdə ən maraqlı məqam isə müğənninin fotokameraların qarşısında yerə əyləşdiyi vaxt yaşanıb. Merayanın uşaqları analarının yanına qaçaraq, fotoqraflara tarixə həkk etmək üçün məzəli və gülməli anlar yaşadıb. Uşaqların dayəsi onları analarından ayırmaq istədikdə isə, onlar ağlayaraq Merayadan daha bərk yapışıblar. Bunu görən müğənni uşaqlarını da yanında saxlamalı olub.

Qeyd edək ki, Meraya Keri bütün dövrlərin ən uğurlu solo ifaçılarından hesab olunur. Karyerası ərzində o, 18 dəfə “Billboard HOT 100”də birincilik qazanıb, 5 dəfə “Grammy” mükafatına layiq görülü.

O, dünya üzrə 200 milyondan çox albom satışına nail olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm