Klip üçün qırmızı çimərlik geyimi ilə kamera qarşısına keçdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Klip üçün qırmızı çimərlik geyimi ilə kamera qarşısına keçdi - FOTOLAR

Türkiyəli məşhur müğənni Gülşən yeni albomunun ikinci klipini çəkib. “Dan Dan” adlı mahnıya çəkilən klip Kaliforniyada baş tutub. Məşhur fotoqraf və rejissor Koray Birandın çəkdiyi ekran işində Gülşənin tərəf müqabili “Ralph Lauren” firmasının reklam siması, norveçli model Helge olub.

Klipdə eşqini axtaran bir qadını canlandıran Gülşən qırmızı çimərlik geyimi və seksuallığını vurğulayan ayaqqabıları ilə görünüb. Məlumata görə, müğənninin geyimləri Nazlı Bozdağ və Hakan Yıldırım imzasını daşıyır. Ayaqqabısı isə “Versace” brendindəndir.

Qeyd edək ki, klipin bu həftə təqdim ediləcəyi bildirilib.

Publika.az klipdən ilk görüntüləri təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm