• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Cazibədar aktrisa: “Kişilərdə bu xoşuma gəlir” - FOTOLAR

  • Magazin2
  • 13 Avqust 2015 17:15
  • 1 338 Baxış
Cazibədar aktrisa: “Kişilərdə bu xoşuma gəlir” - FOTOLAR

Türkiyənin gənc və cazibədar aktrisası Merve Boluğur “Bestyle Magazine” jurnalına kiçik müsahibə verib. Publika.az aktrisanın gözəlik və dəb haqqında danışdığı həmin müsahibəni təqdim edir:

- Hansı dizaynerlərin işlərini bəyənirsən?

- “Raisa&Vanessa” inanılmaz dərəcədə yaradıcıdır, onların işlərini özümə yaxın bilirəm. Selma Çileyin tərzi mənim başqa bir yönümü ortaya çıxarır. Bir də Zeynəb Tosunu çox bəyənirəm. Xarici dizaynerlərə gəldikdə isə, “Tom Ford” və “Balmain” brendlərinə üstünlük verirəm.

- Bəs stilini bircə cümlə ilə necə ifadə edərsən?

- Zərif bir tərzim var. Dağınıq və dar geyimləri bir-birinə qarışdırmağı sevirəm.

- Stilində imtina etmədiyin detallar varmı?

- Qara rəngdən imtina edə bilmirəm. Rəngli geyinməyi o qədər də xoşlamıram. Dəri pencək, qara qolsuz köynəklər qarderobumda çoxluq təşkil edir və günəş eynəyi olmadan evdən çıxmıram. Qırmızı pomadanı artıq demirəm, ona vurğunam...

- Paltar alanda kimlə məsləhətləşirsən?

- Tək alış-veriş edirəm, ilk bəyəndiyim geyimləri görən kimi alıram. Tərzimdən kənara çıxmıram, həm də saatlarla alış-veriş mərkəzlərində gəzmirəm.

- Həyatda geyinmərəm dediyin bir şey varmı?

- Çiçəkli və naxışlı parçaları xoşlamıram.

- Gözəllik sənin üçün nə ifadə edir?

- Səmimiyyəti və əhval-ruhiyyəsi yüksək olduqda insan başqa cür gözəl olur. Məncə, onda daha çox işıq saçır. İnsan nə qədər estetik olsa da, səmimi olmayanda gözəlliyinin bir mənası qalmır.

- Gözəllik sirlərin varmı?

- Dərimi təmizləmədən yatmıram. Bir də saç, əl və ayaqlara qulluq mənim üçün çox əhəmiyyətlidir.

- Kişilərin geyimində cəlbedici hesab etdiyin detallar var?

- Kişilərdə qısa balaqlı şalvarlar xoşuma gəlir. Ağ ayaqqabı, ağ corab və naxışlı köynəkləri isə heç sevmirəm.

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR