Ən uğursuz çimərlik geyimli məşhurlar – FOTOLAR
Bizi izləyin

Magazin2

Ən uğursuz çimərlik geyimli məşhurlar – FOTOLAR

Söz verdiyimiz kimi, bu dəfə məşhurların uğursuz çimərlik geyimi seçimini təqdim edəcəyik. Ümid edirik ki, məşhurların etdiyi səhvlərdən nəticə çıxaran olacaq.

Qalmaqallı qadının ekstremal geyimi

Məsələn, Rusiya şou biznesinin ən qalmaqallı simalarından biri olan balerina Anastasiya Voloçkova “ekstremal” çimərlik geyimlərinə üstünlük verir. O, daha çox mikrobikiniləri ilə gündəmə gəlir. Balerinanın qarderobunu bəzəyən bu tipli bikinilərdə rahat və arxayın olmaq çox çətindir. Bu səbəbdən, belə bikinilərdən uzaq olmağı məsləhət görürük.

Kitablarını oxuyanlar çimərlik geyimlərindəki seçimindən də nümunə götürsələr...

Lena Leninanın onun yazdığı kitabları Rusiya xanımları sevərək oxuyur. Kişiləri əldə saxlamağın yollarından bəhs edən teleaparıcı xanımın məsləhətləri də çimərlik geyimi seçimi kimidirsə, onda onun oxucularının aqibətini təsəvvür etmək çətin deyil. Ümid edək ki, kitablarını oxuyanlar çimərlik geyimlərindəki seçimindən də nümunə götürməzlər. Çünki onun geyimləri, adətən, gülməli, məzəli və o qədər də çətindir. O, çimərliyə dikdaban ayaqqabılar, makiyaj və qalın tros seplərlə gedir. Bunlar isə ilk növbədə onun özü üçün təhlükədir. Belə ki, çimərlikdə dikdabanda yeriyərək yıxılmaq təhlükəsi, makiyajın yayılması ehtimalı çox böyükdür. Tros sep isə bədənin bütöv qaralmasına maneədir. Bu təhlükələrə baxmayaraq, o, imicindən imtina etmir.

Siz isə bu vəziyyətdə çimərliyə getməyi ağlınızın ucundan belə keçirməyin.

Enli kürək, kiçik sinə...

Belə qadınlar bando çimərlik geyimində necə görünər? Bunun qısa cavabı: 41 yaşlı super model Keyt Moss kimi.

Geyimi ilə xanımlara pis nümunə olan Moss bu ilin dəbi olan bando çimərlik geyimində, demək olar ki, sinəsiz görünür.

Kiçik sinəsi olan, enli çiyinlərə malik xanımlar bu formalı çimərlik geyimlərindən uzaq durmalıdır.

Seçdiyi çimərlik geyimi aşağı ətraflarını şişirtdi

Hollivud ulduzları bəzən qırmızı xalıya çıxanda düzgün geyim seçə bilmədikləri kimi, çimərlik geyimi seçimində də yanılırlar.

Bunun bariz nümunəsi kimi Riz Uizerspunu misal göstərmək olar. Gözəl bədən quruluşunun olmasına baxmayaraq, uğursuz çimərlik geyimi seçən aktrisa bu seçimi sayəsində əcaib görünür. Belə ki, geyimi onun sinəsini aşağı salıb, aşağı ətraflarını isə şiş kimi göstərib.

33 yaşlı qızcığaz

Super ulduz Britni Spirs isə 33 yaşında 2 oğul anası olmağına baxmaraq, hələ də qızcığaz obrazından çıxa bilmir. Müğənninin açıq bənövşəyi rəngli üzəri çəhrayı naxışlarla bəzədilmiş çimərlik geyimi bunu göstərir. Sinəsi isə uğursuz seçimi sayəsində daha da kiçik görünür.

Nənəsinin sandığından tapılmış alt geyimləri ilə çimərliyə gedir...

Hollivud ulduzları Brüs Uills və Demi Murun qızı Tallulanın geyim tərzi hər zaman müzakirə olunur. O, gah küçəyə tamam çılpaq, gah da başını daz edib çıxır. Sürdüyü həyat tərzi göstərir ki, ətraf mühitin fikri onu qətiyyən maraqlandırmır. Bunu onun geyindiyi çimərlik geyimindən də görmək olar. İlk baxışdan Tallulanın çimərlik geyimi nənəsinin sandığından tapılmış alt geyimlərini xatırladır. Onun bu uğursuzluğunu nə son dəbə uyğun göz eynəyi, nə də qırmızı papağı xilas edə bilib.

Seçimi ilə özünə qarın qoydu

Dünya ulduzu Rihannanın da geyimləri hər zaman müzakirə obyekti olub. Bu dəfə diqqət çəkən məqam onun uğursuz çimərlik geyimi olub. Müğənninin şortik tipli bikinisi onu qarınlı göstərərək fiqurasını tamamilə korlayıb. Ayağındakı ağ kedlər isə dəniz üçün ən uğursuz seçimdir.

Dənizdə “anadangəlmə” olan müğənni

Amerikalı müğənni Mayli Sayrusa dənizdə çimərlik geyimi geyindirmək mümkünsüzdür. Müğənni dənizdə “anadangəlmə” olmağa üstünlük verir.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm