33 yaşlı dəb ilahəsi rusiyalı oliqarxı atdı - FOTO
Bizi izləyin

Magazin2

33 yaşlı dəb ilahəsi rusiyalı oliqarxı atdı - FOTO

Rusiyalı dizayner Ulyana Sergeyenko həyat yoldaşı və "Rosqosstrax" şirkətinin prezidenti Danil Xaçaturovu tərk edib. Belə ki, əvvəllər tanınmış dizayneri moda həftələrinin nümayişi zamanı müşayiət edən oliqarx həyat yoldaşı artıq bir neçə ildir ki, tək qoyub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlüyün münasibətlərinin hansı səbəbdən korlanması hələlik məlum deyil. Bu yaxınlarda isə jurnalistlər Ulyana Sergeyenkonu Kiyevdə başqasıyla görüntüləyiblər. Üstəlik, 33 yaşlı gözəl gecə klublarında və restoranlarda özünü kifayət qədər sərbəst aparıb. O, pərəstişkarları ilə görüşüb, doyunca rəqs edib. Lakin pərəstişkarları və jurnalistlər dizaynerin yeni sevgilisinin kimliyini müəyyən edə bilməyiblər.

Xatırladaq ki, 2008-ci ilin avqustunda Xaçaturov öz keçmiş həyat yoldaşından Ulyana Sergeyenkoya görə ayrılmışdı. Onların səs-küylü boşanma prosesinin nəticəsində milyonçunun 15 illik həyat yoldaşı təzminat olaraq onun sərvətinin yarısını almışdı. Dünyanın ən varlı kişiləri siyahısında qərarlaşan Danilin sərvətinin yarıbayarı azalması da Danilanın Ulyana ilə evlənməsinə mane olmamışdı. Elə həmin il məşhur modapərəst Rusiyanın ən zəngin iş adamı ilə evlənmişdi. Cütlüyün bu nikahdan bir qızı var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm