• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Skarlet Yohansonun qalmaqallı İstanbul səfəri - FOTOLAR

  • Magazin2
  • 19 Avqust 2015 07:15
  • 557 Baxış
Skarlet Yohansonun qalmaqallı İstanbul səfəri - FOTOLAR

Hollivud ulduzu Skarlet Yohanson jurnalist həyat yoldaşı Romen Doriak ilə birlikdə İstanbulda istirahət edir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, paparassilərə yaxalanmamaq üçün İstanbul səfərini gizli saxlayan cütlük ötən gün Ortaköydə obyektivlərə tuş gəlib.

Boğaz mənzərəli restoranlardan birində romantik axşam yeməyi yeyən sevgililər bol-bol şərab içib. Deyilənə görə, Skarlet Yohanson ondan avtoqraf almaq istəyən fanatlarının təkliflərini rədd edib.

Restorandan çıxdıqdan sonra jurnalistlərin onları çəkdiklərini görən Skarlet və əri əsəbiləşib. Aktrisa üzünə şal bağlayaraq taksiyə minib. Onun arxasınca taksiyə oturan Romen Doriak jurnalistlərə söyüş söyüb.

Qeyd edək ki, Skarlet Yohansonla Romen Doriak ötən il gizli şəkildə ailə qurub. Onların 1 yaşında Roz adlı qızları var.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR