• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sevgilisinin evlənmə təklifini 5-ci dəfə rədd etdi

  • Magazin2
  • 20 Avqust 2015 04:45
  • 729 Baxış
Sevgilisinin evlənmə təklifini 5-ci dəfə rədd etdi

Bir müddətdir ki, evlənəcəkləri deyilən Cennifer Lopezlə Kasper Smart barədə yeni iddialar yayılıb.

Publika.az xəbər verir ki, Kasper Smartın növbəti dəfə Cey Loya evlilik təklif etdiyi bildirilib. Cütlüyə yaxın olan mənbələr müğənninin sevgilisinin təklifini artıq 5-ci dəfədir ki, rədd etdiyini söyləyib.

Belə görünür ki, daha öncə sevgilisinin xəyanətinə uğrayan Cey Lo ona hələ də, tam olaraq güvənə bilmir.

“Sənə “yox” deməkdən bezmişəm. Artıq mənə belə şeylər təklif etmə”, - deyən Cennifer Lopez fikrində qəti olduğunu vurğulayıb.

Xatırladaq ki, Cennifer Lopez bu günə kimi 3 dəfə evlənib boşanıb. Onun müğənni Mark Antonidən əkiz övladları var.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR