San Sanıç öldü...
Bizi izləyin

Magazin2

San Sanıç öldü...

SSRİ-nin xalq artisti və Polad Bülbüloğlunun yer aldığı “Qorxma mən səninləyəm” filminin qəhrəmanı və San Sanıç obrazını canlandıran Lev Durov bu gün səhər saatlarında vəfat edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, avqustun 7-də 84 yaşlı xalq artisti ürək çatışmazlığı ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, aktyor huşunu itirib və faktiki olaraq ürəyi dayanıb.

Avqustun 13-də səhhəti yaxşılaşsa da, növbəti gün həkimlər Durova ağır pnevmoniya diaqnozu qoyublar.

Qeyd edək ki, məşhur aktyor 1931-ci il dekabrın 23-də Moskva şəhərində dünyaya gəlib. O, “Mən Moskva boyu addımlayıram”, “Baharın on yeddi anı” kimi məşhur filmlərdə çəkilib. Fəaliyyətinə görə, Lev Durov 2 dəfə “Vətən qarşısında xidmət” ordeni ilə təltif edilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm