Şeron Stoun filmə çəkiləcək
Bizi izləyin

Magazin2

Şeron Stoun filmə çəkiləcək

57 yaşlı Amerikalı aktrisa Şeron Stoun “Vəhşiləşmiş” filminin yaradıcı qrupu ilə müqavilə imzalayıb. Dram janrında olan filmdə aktrisa cani obrazını canlandıracaq.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, filmin rejissoru fransız Aleks Ranarivelodur. Aleks tamaşaçılara “Yarışçı doğulmuş-2” filmindən tanışdır.

Ekran əsərinin qəhrəmanı Stella Devis adlı qadındır. Süjet xəttinə görə Stella vəhşi atları bəsləməklə rançosunu xilas etmək istəyir. Onun köməkçiləri məhkumların tərbiyəsi üçün nəzərdə tutulmuş xüsusi dövlət proqramında iştirak edən dustaqlardır. Amma zaman keçdikcə Stella bədbəxtliklərdən qorunmağın ən yaxşı üsulunun digər insanlara kömək etmək olduğunu anlayır.

Filmin çəkilişlərinə gələn həftə Kaliforniya ştatında yerləşən Napa vadisində start veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm