Kriştiano Ronaldonun bacısı “Eurovision”da iştirak edəcək - FOTOLAR
Bizi izləyin

Magazin2

Kriştiano Ronaldonun bacısı “Eurovision”da iştirak edəcək - FOTOLAR

“Real”ın hücumçusu Kriştiano Ronaldonun bacısı “Eurovisionda iştirak etmək üçün müraciət edib.

Futbolçunun böyük bacısı gələn il “Eurovision” musiqi müsabiqəsində doğma Portuqaliyanı təmsil etməyi planlaşdırır.

Publika.az xəbr verir ki, 38 yaşlı Katya Aveyro yarışda Rolanda təxəllüsü ilə çıxış edəcək. O, artıq milli seçim turlarında iştirak etmək üçün sənədlərini təqdim edib.

Məşhur futbolçunun bacısı bildirib ki, həmin müsabiqədə iştirak etmək onun uşaqlıq arzusudur.

Musiqi ekspertləri isə onun bu yarışmada nəinki iştirak etmək, həm də yüksək yerlərdən birini tutmaq üçün bütün şanslarının olduğuna inanırlar. Onlar bu inamlarını iki tutarlı arqumentlə əsaslandırırlar. Əvvəla, Katya Ledi Qaqanın prodüseri ilə işləyir. İkincisi isə onun qardaşının pərəstişkarları futbolçunun bacısını dəstəkləmək üçün əlindən gələni edəcəklər.

Qeyd edək ki, Ronaldonun ağır günlərində ona məhz bacısı Katya dayaq olub. O, qardaşına həm maddi, həm də mənəvi dəstək verib. Katya qardaşına mütəmadi olaraq pul göndərib ki, o, özünü "Sportinq" futbol məktəbinin ən kasıb tələbəsi kimi hiss etməsin. Ronaldo da bacının dəstəyini unutmayıb. Məşhurlaşandan sonra bacısına ilk musiqi albomunu çıxartmağa kömək edib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm