• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Şahzadə öz gözəlliyi ilə hər kəsi heyrətləndirirdi - FOTOLAR

  • Magazin2
  • 22 Avqust 2015 00:56
  • 961 Baxış
Şahzadə öz gözəlliyi ilə hər kəsi heyrətləndirirdi - FOTOLAR

44 yaşlı İordaniya kraliçası Raniyə Əl-Abdullah tarixdə ən gözəl və yaxşı geyinən xanımlardan biri kimi tanınır. Publika.az xəbər verir ki, birinci xanımın qızı onun layiqli davamçısı olmağa iddialıdır.

Dünən kraliça 18 yaşlı şahzadə qızı İmanın müşayiəti ilə mədəni turizmin inkişafı ilə məşğul olan bir qrup gənclə görüşüb. Görüşdən çəkilmiş şəkillər xarici mətbuatda da çıxıb. Bir çox mətbuat orqanı qızın gözəlliyini anasından aldığını, həmçinin qibtə ediləcək gözəlliyə malik olduğunu yazıb.

Xatırladaq ki, gənc qız ictimaiyyət arasında nadir hallarda görünür. İman Vaşinqtonda Corctaun universitetində təhsil alır və vətənə yalnız tətildə gəlir. Lakin başqa şahzadələrdən fərqli olaraq, şahzadə və anası sosial şəbəkələrdə çox aktivdir. Onlar mütəmadi olaraq instaqramda öz şəkillərini paylaşırlar.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR