Məşhur aktyor zibillikdə çörək axtararkən - FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur aktyor zibillikdə çörək axtararkən - FOTOLAR

Hollivud ulduzu Riçard Girin baş rolda çəkildiyi “Qədim tarix” filminin çəkilişi zamanı meydançada maraqlı anlar yaşanıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, Nyu-Yorkda istirahət edən fransız qadın ailəsi ilə birlikdə şəhərdə gəzərkən öz pizzasını zibil qabında yemək axtaran səfil bir kişiyə verir. Kişi qadına təşəkkür edərək tez oradan uzaqlaşıb.

Otelə qayıdan qadın səhəri gün zibillikdə yemək axtaran kişinin fotosunu qəzetlərin manşetində görəndə heyrətini gizlədə bilməyib. Məlum olub ki, qadın təsadüfən “Qədim tarix” filminin növbəti epizodunun çəkildiyi meydançaya girib. Onun pizzaya qonaq etdiyi “səfil” isə filmin baş rol ifaçısı Riçard Gir imiş.

Riçard Gir və çəkiliş qrupunun üzvləri bu anı insan səxavəti kimi qiymətləndiriblər. Həmin təsadüfi kadrın filmə daxil ediləcəyi də istisna edilmir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm