Bütün qadınlar ona bənzəməyə çalışırdı... - FOTOLAR
Bizi izləyin

Magazin2

Bütün qadınlar ona bənzəməyə çalışırdı... - FOTOLAR

Bir neçə gün əvvəl məşhur aktrisa Lara Flinn Boyl üzünə etdirdiyi uğursuz estetik müdaxilə ilə heyranlarını kədərləndirdi. Belə ki, bu müdaxilədən sonra 45 yaşlı aktrisanın əvvəlki gözəlliyindən əsər-əlamət qalmayıb. Botoks və dolğu etdirən Laranın üzü indi tanınmaz haldadır.

Publika.az xatırladır ki, Hollivud ulduzları arasında uğursuz estetik əməliyyat etdirən tək o deyil. Onların siyahısında 20 yaşı tamam olmadan estetik müdaxilələrə start verənlərlə yanaşı, estetik əməliyyat “aludəçisinə” çevrilənlər də var. Nəticə isə hamıda eyni olmur. Mütəmadi olaraq estetik əməliyyat etdirən ulduzların xarici görünüşü inanılmaz dərəcədə dəyişir. Yaxşılığa, yoxsa pisliyə? Təbii ki, daha çox pisliyə!

Estetik əməliyyatların uğursuz nəticəsi 1980-cı illərin romantik şahzadəsi Meq Rayanda aşkar görünür. 53 yaşında olan bu xanım yaşıd həmkarlarının yanında çox yaşlı görünür.

Kiçik yaşlarından məşhurlaşan Lindsi Lohan da yaşından böyük görünür. Buna səbəb də, əlbəttə ki, saysız estetik əməliyyatlardır.

Fransız aktrisası Emmanuel Bear bir vaxtlar məsum gözəlliyi ilə diqqət çəkirdi. Bütün qadınlar ona bənzəməyə çalışırdı. Hazırda 52 yaşında olan Bear 30 yaşından estetik əməliyyatlara başlayıb və artıq üzü tamamilə dəyişib. Onun sözlərinə görə, aktrisa vaxtsız etdirdiyi bütün estetik əməliyyatlara görə böyük peşmançılıq çəkir.

39 yaşlı Dara Reyd bir vaxtlar "estetik xarabası" kimi xatırlanırdı.

Mikki Rurk “estetik xəstəliyə” tutulmuş daha bir məşhurdur. O, gənc görünmək üçün tez-tez cərrah masasına uzansa da, bütün cəhdləri uğursuz alınır. Bu məşhurun da üzü indi tanınmaz haldadır.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm