Bu qadın öz taleyini özü yazır - FOTOLAR
Bizi izləyin

Magazin2

Bu qadın öz taleyini özü yazır - FOTOLAR

Xəbər verdiyimiz kimi, məşhur müğənni Cennifer Lopezlə tanınmış dizayner Olivye Rusten “Paper Magazine” jurnalının üz qabığına çəkilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, artıq həmin fotolar yayılıb. Jurnalin elə həmin sayında Cennifer Lopezin açıqlaması da var. Məşhur müğənninin bəzi firirləri maraq doğurur:

“Balmain” haqqında:

Mənə elə gəlir ki, Olivye Rustenin hazırladığı donu geyinən qız özünü əsl ulduz kimi hiss edir. Ona elə gəlir ki, həmin gün nə isə xüsusi bir hadisə baş verəcək.

Feminizm haqqında:

Mənim üçün feminizm güclü və cəsarətli, daxilən özünə əmin qadın deməkdir. Bu qadın öz taleyini özü yazır və gələcəyini də özü müəyyən edir.

Musiqi haqqında:

Moda və musiqisi arasında əlaqə həmişə olub. Uzun müddət bu sahədə olan bir insan kimi deyə bilərəm ki, geyimlərim mənim mahnılarımın əsas qəhrəmanını ifadə edir.

Dəbdəbə haqqında:

Dəbdəbəni hər bir insan müxtəlif cür qiymətləndirir. Mənim üçün dəbdəbə çox nadir baş verən sakit dəqiqələrdir. Məsələn, bütün işlərimi bir kənara atıb ailəm və övladlarım ilə vaxt keçirmək mənə böyük zövq verir. Digər dəbdəbəyə gəldikdə isə bu, seçim azadlığıdır. Və bəxtim gətirib ki, mənim belə bir imkanım var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm