Tarkanın konsertində anşlaq: 600 pilləkən biletlə satıldı – FOTOLAR
Bizi izləyin

Magazin2

Tarkanın konsertində anşlaq: 600 pilləkən biletlə satıldı – FOTOLAR

Tarkan 10 gün davam edəcək konsert proqramına başlayıb.

Publika.az xəbər verir ki, “Harbiye” Açıq Hava Teatrında baş tutan konsertin açılışı möhtəşəm olub. Səhnəyə liftlə enən Tarkan konsertə “Ölürüm sana” mahnısı ilə başlayıb.

Klassikləşən “Quzu quzu”, “Öp”, “Şıkıdım” və “Qış günəşi” kimi mahnılarını 7 min fanatı ilə birgə oxuyan Meqastar "Biz bu səhnədə olmaqdan böyük həzz alırıq. Sizin qarşınıza hər dəfə həyəcanla çıxırıq. Siz də bu gecə özünüzü sərbəst buraxın və əylənin!”, - deyərək tamaşaçıları coşdurub.

Kiçik bir fasilədən sonra səhnəyə qayıdan sənətçi bu dəfə Ərkan Oğur ilə birlikdə “Leylim Ley” mahnısını oxuyub. Gecə boyunca türkülərə və sənət musiqisinə də yer verən müğənni səsinin gözəlliyi ilə bir daha hər kəsi məst edib.

“Eşq getdi bizdən” adlı mahnısı ilə konserti yekunlaşdıran müğənni ümumilikdə 2,5 saat səhnədə qalıb. Anşlaqla keçən konsertdə biletlə satışa çıxarılan 600 ədəd pilləkən belə dolub.

Tarkanın konsertini Cem Aydın, Fulya Terim, Busə Terim, Tuba Ünsal, Arzu Sabancı və Oğulcan Engin kimi məşhurlar izləyib.

Qeyd edək ki, Tarkan sentyabrın 12-nə kimi eyni məkanda hələ 9 konsert verəcək. Ulduzun bu konsertlərdən nə qədər gəlir əldə edəcəyi isə hələlik açıqlanmayıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm