Məşhur aktyor tarixdəki ilk transseksualı canlandıracaq – FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur aktyor tarixdəki ilk transseksualı canlandıracaq – FOTOLAR

Məşhur fizikaçı Stiven Hokinqin həyat hekayəsindən bəhs edən “The Theory of Everything” (Hər şeyin nəzəriyyəsi”) adlı film sayəsində məşhurlaşan aktyor Eddi Redmeyn bu dəfə daha iddialıdır.

Publika.az xəbər verir ki, “The Danish Girl” adlı filmə çəkilən ingilis aktyor bu dəfə adı tarixə məlum olan ilk transseksualı, yəni danimarkalı rəssam Eynar Vegeneri canlandıracaq.

“The Danish Girl” filmi cinsiyyətini dəyişmək üçün əməliyyat etdirən və adını dəyişən, ancaq keçirdiyi son əməliyyatdan bir müddət sonra həyatını itirən rəssamın qalmaqallı həyatından bəhs edir.

Artıq filmin ilk afişaları da yayımlanıb.

Qeyd edək ki, Eddi Redmeyn “Hər şeyin nəzəriyyəsi” filmindəki performansına görə, “Oscar”, “BAFTA” və “Qızıl qlobus”un “ən yaxşı aktyor” mükafatlarına layiq görülüb.

Aktyor daha öncə, “Səfillər”, “Merilin Monro ilə bir həftə” kimi səs-küyə səbəb olan filmlərdə rol alıb. Eddi həm də model kimi fəaliyyət göstərir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm