• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Alsunun 19 yaşlı qardaşının toyu oldu - FOTOLAR

  • Magazin2
  • 2 Sentyabr 2015 23:00
  • 1 157 Baxış
Alsunun 19 yaşlı qardaşının toyu oldu - FOTOLAR

Müğənni Alsunun ailəsində sevindirici hadisə olub. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənninin 19 yaşlı qardaşı Renard Safin 25 yaşlı sevgilisi Zalina Süleymanova ilə evlənib.

Cütlüyün rəsmi nikahı qeydə alındıqdan sonra Moskva restoranlarından birində təntənəli toy olub. Mərasimdə cütlüyün doğmaları və yaxınları iştirak edib. Gəlin ənənəvi ağ gəlinlik deyil, mavi rəngli orijinal paltar seçərək qonaqları heyrətləndirib.

Yeni ailə quranlara bəyin qohumları bahalı hədiyyələr veriblər. Belə ki, bəyin atası, milyonçu Ralif Safin, böyük qardaşı Marat və bacısı Alsu onlara yeni böyük ev hədiyyə ediblər.

Yeri gəlmişkən, yaxın gələcəkdə Alsu bibi olacaq. Belə ki, gəlin artıq hamilədir.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR