Alla Puqaçova makiyajsız fotosu ilə qorxutdu
Bizi izləyin

Magazin2

Alla Puqaçova makiyajsız fotosu ilə qorxutdu

Pərəstişkarları Alla Puqaçovanı, adətən, effektli qrimdə, ideal makiyajda və təmtəraqlı səhnə kostyumlarında görməyə öyrəşiblər. Bəs 66 yaşlı primadonna real həyatda necə görünür?

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənninin stilisti onun sirrini üzə çıxarıb və sosial şəbəkədə Alla Puqaçovanın makiyajsız fotosunu paylaşıb. Alla Puqaçovanın həmin fotoları instaqramda görünməmiş ajiotaj doğurub.

Fotoda ulduzun üzündə makiyaj yoxdur, saçı da buruq deyil.

Stilist bildirib ki, ulduzun evinə qonaq gedib:

“O, məni qapıda qarşıladı. Onun təbii halını görüb şəklini çəkməmək üçün özümü saxlaya bilmədim. Şəkli silməmək üçün də onu güclə razı saldım. Düzgün qidalanma və yaxşı yuxu bu, deməkdir. Bizim Alla ilə fəxr edirəm! Mən onun bu halını çox sevirəm, ona heyranam”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm