Madonna 60-dan çox şəhərdə konsert verəcək
Bizi izləyin

Magazin2

Madonna 60-dan çox şəhərdə konsert verəcək

Dünya şöhrətli amerikalı müğənni Madonna karyerası ərzində sayca 10-cu olan dünya “Rebel Heart Tour” turnesinə start verib. İlk konsertinə isə Kanadanın Monreal şəhərindən başlayıb.

Publika.az xəbər verir ki, müğənninin ilk konserti Qərb mətbuatında çoxsaylı müsbət rəy alıb. Konsertdə Madonna izləyicilərinə sürpriz edib. O, Edit Piafın “La vie en rose” mahnısını ifa edib.

Turne çərçivəsində Madonna 64 şəhərdə konsert verəcək. Konsertlərdə müğənni hit mahnıları ilə yanaşı, “Rebel Heart” adlı sonuncu albomundan olan mahnıları da ifa edəcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm