Məşhur aktrisa PKK-çıdır? - FOTO
Bizi izləyin

Magazin2

Məşhur aktrisa PKK-çıdır? - FOTO

"Mənim qanlı terror təşkilatının tərəfdarı olduğumu iddia edənləri vicdanı ilə baş-başa buraxıram".

Axar.az xəbər verir ki, bunu türkiyəli məşhur aktrisa Elçin Sangu deyib.

“Kiralık aşk” serialının baş ifaçısı olan aktrisa qeyd edib ki, PKK-ya qarşı heç bir simpatiyası yoxdur. Onun fikrincə, heç kəsin ölümünü lənətləmədiyi üçün belə münasibətlə qarşılaşıb:

“Mən bu ölkədə siyasi çəkişmələrə son qoyulmasını istəyirəm. Uşaqların, əsgərlərin ölməməsini arzulayıram. Körpələrin atasız böyüməməsini istəyirəm”.

Qeyd edək ki, PKK-nın terror hücumları nəticəsində Türkiyə 100-dən çox şəhid verib. Ölkənin mədəniyyət adamları, sənətçiləri də bu hadisələrə etirazını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm