Uitni Hyuston gələn il dünya turnesinə çıxacaq
Bizi izləyin

Magazin2

Uitni Hyuston gələn il dünya turnesinə çıxacaq

Müğənnilərin öləndən sonra da konsert verməsi qərbdə adi hal alıb. Bu dəfə belə konsert proqramı ilə 2012-ci ildə vəfat etmiş amerikalı müğənni Uitni Hyuston çıxış edəcək. Belə ki, 3D texnologiyasının köməyi ilə müğənninin obrazı canlandırılacaq.

İlk konsert gələn il ABŞ-da baş tutacaq. Daha sonra isə Hyustonun dünya turnesinə çıxması planlaşdırılır. Konserti reallaşdıran “Hologram USA” şirkətinin rəhbəri Alki Devid əfsanəvi müğənninin vəfat etməsini heç cür qəbul edə bilmədiyini deyib: “Uitni dünyadan köçəndə mənim ürəyim parçalandı. Əsas məqsədim bu layihə ilə qeyri-adi istedadı yenidən dünyaya bəxş etməkdir.”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm