Körpəsinə 80 minlik mebel sifariş edən aktyor tənqid hədəfi oldu
Bizi izləyin

Magazin2

Körpəsinə 80 minlik mebel sifariş edən aktyor tənqid hədəfi oldu

“Möhtəşəm yüz il” serialı ilə ulduzu parlayan yaraşıqlı aktyor Engin Altan Düzyatan tənqidlərə tuş gəlib.

Publika.az xəbər verir ki, buna səbəb aktyorun hələ dünyaya gəlməmiş oğlu üçün nəzərdə tutduğu otağa 80 min lirəlik mebel sifariş etməsi olub. 7 aylıq hamilə həyat yoldaşı Nəslişah Alkoçlarla oğluna hər şeyin ən yaxşısını alacaqlarını bildirən aktyora fanatları sərt reaksiya veriblər. “Uşaq onsuz da necə otaqda böyüdüyünü başa düşməyəcək. Boş yerə israfçılıqdır”, “Pulu hara xərcləyəcəklərini bilmirlər”, “Camaat acından ölür, bunlar isə belə xəbərlərlə gündəmə gəlirlər”, deyə qınayıblar.

Xatırladaq ki, Engin Altan Düzyatan ötən gün də “Oğlumun ilk velosipedini almışam. Sağlam şəkildə dünyaya gəlsin, 2-3 yaşına çatanda ona motosiklet alacağam”, deyərək gündəmə gəlmişdi.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm