Sibel Can bir gündə iki klip təqdim etdi – VİDEOLAR
Bizi izləyin

Magazin2

Sibel Can bir gündə iki klip təqdim etdi – VİDEOLAR

Məşhur müğənni Sibel Can bir gündə iki klip təqdim edib.

Publika.az xəbər verir ki, müğənni fanatlarının istəyini nəzərə alaraq "Bir barmaq bal" və “Tamam o zaman” adlı mahnılara klip çəkdirib.

Tarkanın yazdığı “Bir barmaq bal” mahnısının klipi üçün üzərində arı printi olan geyimlərlə kamera qarşısına keçən müğənni qıvraq rəqs hərəkətləri ilə göz oxşayıb.

İkinci klip isə ağ-qara fonda çəkilib.

Hər iki klipdə makiyajı və geyimləri ilə yadda qalan Sibelin arıqladığı da nəzərdən qaçmayıb.

“Youtube”da yazılan şərhləri nəzərə alaraq deyə bilərik ki, müğənninin “Bir barmaq bal”a çəkdirdiyi klip bəyənilməyib. Fanatları onun arı motivini bu qədər ön plana çəkməsinə təəccübləniblər.

Marağa səbəb olan hər iki klipi təqdim edirik:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm