Cem Yılmazdan keçmiş həyat yoldaşına 1 milyonluq jest
Bizi izləyin

Magazin2

Cem Yılmazdan keçmiş həyat yoldaşına 1 milyonluq jest

Məşhur komediya ustası və aktyor Cem Yılmaz keçmiş həyat yoldaşı Ahu Yağtuya jest edib.

Publika.az xəbər verir ki, Bebekdə yaşamaq istəyən Ahu Yağtunun həmin bölgədə tapdığı 2 milyon 700 min lirəlik evin pulunun yarısını Cem Yılmaz ödəyib.

Boşandıqdan sonra düşmən olan cütlüklərdən fərqli olaraq, dostluq münasibətlərini qoruyan Cemlə Ahu fanatlarını sevindiriblər. Cemin təqibçiləri onun bu addımı oğlunun xoşbəxtliyi üçün atdığını düşünürlər.

Xatırladaq ki, Ahu Yağtu ilə Cem Yılmaz 2013-cü ildə boşanıblar. Cem Yılmaz Ahuya 500 min dollar təzminat ödəyib, həmçinin, ona 3 ev, “Range Rover” markalı maşın bağışlayıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm